1583920475 1583920504

ABŞ yaxın 100 gün ərzində Ukrayna münaqişəsi ilə bağlı tərəflərlə birbaşa danışıqlar təşkil etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində deyib.

“Bizim sülh təklifimiz var və biz tərəfləri yaxın masaya əyləşdirmək üçün növbəti 100 gün ərzində çox işlər görməyi planlaşdırırıq”, – o bildirib.

O qeyd edib ki, ukraynalılarla rusiyalıların istəkləri arasında böyük bir uçurum var və ABŞ Moskva ilə Kiyevin mövqelərini bir-birinə yaxınlaşdırmaq üçün işlər görəcək.

Xatırladaq ki, daha əvvəl Rusiya XİN başçısı Sergey Lavrov Ukrayna ilə ilkin şərtsiz birbaşa danışıqlara hazır olduqlarını açıqlamışdı.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: