465768 0

İsrailin Baş naziri Benyamin Netanyahu Livana qarşı genişmiqyaslı quru əməliyyatlarının keçirilməsini istəyir. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Əl-Əxbar” qəzeti çıxış edib.

Məlumata görə, Təl-Əviv əraziyə genişmiqyaslı hərbi hücum planının və intensiv hava hücumu imkanlarının qeyri-kafi olduğunu bildirib.

Bəzi iddialara görə, Netanyahu ABŞ-a son səfəri zamanı Vaşinqton rəsmiləri ilə Livanda hərbi hücumların genişləndirilməsi planını müzakirə edib. O, ərazidə quru əməliyyatlarının keçirilməsinə ehtiyac olduğunu, hava zərbələrinin kifayət etmədiyini vurğulayıb.

Netanyahu “Hizbullah”ın gücünü bərpa etməyə çalışdığını və bunun qarşısının alınmalı olduğunu söyləyib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: