Suriyanın keçid hökuməti İraqla sərhəddə silahlı birləşmələrin fəallığının artması ilə bağlı sərhəd bölgələrində təhlükəsizliyi gücləndirmək üçün tədbirlərə əl atıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı Suriya mediası yayıb.
Bildirilib ki, Dəməşqdən göndərilən hərbi qüvvələr keçid məntəqəsinin yerləşdiyi Bukamal şəhərinə gəlib. Onlara Deyr əz-Zor əyalətində sərhədin şərq hissəsinin bir neçə sahəsinə nəzarəti ələ keçirmək tapşırılıb.
Qeyd edək ki, İraqla sərhədə göndərilən qüvvələrin sayı barədə məlumat verilməyib.