68025e698699c68025e698699d174498570568025e698699a68025e698699b

Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Dövlət Mülki Aviasiya Agentliyinin, Xarici Kəşfiyyat İdarəsinin, “Azərbaycan Hava Yolları” QSC-nin və “Azəraeronaviqasiya” Hava Hərəkətləri İdarəsinin nümayəndələri də iştirak ediblər.

Əvvəlcə, qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndəsi qonaqları salamlayıb. Görüş zamanı “Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi” mövzusu çərçivəsində maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.

68025e69804fb68025e69804fc174498570568025e69804f968025e69804fa

Paylaş: