tramp zelenski 01

“Zelenski müharibənin başlamasına görə məsuliyyət daşımır”.

Globalinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə müharibəyə görə məsul tutmadığını bildirib.

“Əgər ağıllısansa, müharibələrə qarışmazsan… Deməzdim ki, Zelenski yaxşı iş görüb. Ona görə də ondan elə də razı deyiləm. Amma mən bu məsələyə aidiyyəti olan hər kəsdən narazıyam”, – deyə Tramp jurnalistlərlə söhbəti zamanı vurğulayıb.

Onun bu sözləri hazırda davam edən münaqişədə tərəflərin roluna dair müzakirələri yenidən gündəmə gətirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: