Tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşfiq Şahverdiyevi məhkəməyə verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb. Şirkətin qaldırdığı iddiaya görə, məşhur aktyor “Cinemzadeh”lə film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib.
İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, M.Şahverdiyev “Cinemzadeh”in “Ofis işi”, “Kəklikotu” kimi layihələrində yer alıb.














