ABŞ və İran danışıqlarının növbəti mərhələsi aprelin 19-da Omanda keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçı məlumat yayıb.
“Razılaşdırıldı ki, danışıqların növbəti mərhələsi gələn həftə, şənbə günü keçirilsin. Hər şey bugünkü səviyyədə keçiriləcək, Omanda, lakin ola bilsin ki, fərqli məkanda”, – Araqçı bildirib.
O qeyd edib ki, ABŞ və İran mümkün qədər tez razılığa gəlməyə çalışır.
“Biz də, qarşı tərəf də məqsədsiz danışıqları, danışmaq naminə keçirilən danışıqları və hədər yerə zaman sərf etməyi istəmirik. Hər iki tərəf ən qısa zamanda razılığa gəlmək istəyir”, – Araqçı əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az