photo 2025 04 12 18 49 15

Daxili İşlər Nazirliyi son zamanlar artan bank kartlarından oğurluq halları ilə əlaqədar yenidən əhaliyə müraciət edib. 

Globalinfo.az xəbər verir ki, nazirliyin müraciətində deyilir:

Onlayn alış-veriş edərkən bank kartı məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün aşağıdakı qaydalara diqqət yetirməyiniz tövsiyə olunur:

Bank kartınız ilə onlayn alış-veriş edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etməyin;

Ünvan hissəsində kilid işarəsi və ya “https:” olmayan veb-saytlara kart və digər fərdi məlumatlarınızı ötürməyin;

Kart məlumatlarınızı veb-saytların və brauzerin yaddaşında saxlamayın.

Paylaş: