Erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçir – VİDEO

Gorus-Xankəndi istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsinin işindən yeni kadrlar yayılıb.

Globalinfo.az xəbər verir ki, görüntülərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiətilə gələn Qarabağın erməni sakinlərinin sənədlərinin yoxlanılması və gediş-gəlişlərinin təmin edilməsi əks olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.