Dava gedir: Zeynalovu Azərbaycana qaytarmalıyıq – Deputatdan çağırış

Dava gedir: Zeynalovu Azərbaycana qaytarmalıyıq – Deputatdan çağırış

“Nəsibə Zeynalovanın oğlu Cahangir Zeynalovu Azərbaycana qaytarmaq barədə düşünməliyik”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Bizim sənəd məbədimizdə dava-dalaş gedir. Görün, sənət camiəmiz nə vəziyyətdədir? Bu adamla maraqlanmaq, onu ölkəyə dəvət eləmək lazımdır. İstedad 100 ildə bir dəfə yetişir. Çox arzu edərdim ki, ona diqqət yetirilsin, məktəbini yaratsın. O, heç nədən Adanada böyük teatr yaradıb. Əlaqədar təşkilatlar bu adamı Vətənə qaytarsınlar”, – deputat qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az