“Rusiya İranla bağlı məsələnin sülh yolu ilə həlli üçün hər şeyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz iranlı tərəfdaşlarımızla məsləhətləşmələrdən sonrakı mərhələdəyik. Nüvə sazişi də buna daxildir. Bu proses davam edəcək”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Rusiya, Çin və İran nümayəndələrinin aprelin 7 və ya 8-də Moskvada görüşəcəyini deyib. O, İranın nüvə proqramı ilə bağlı məsələlərə dair üçtərəfli danışıqlar aparılacağını vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az