Ermənistandakı əsirlərimizlə bağlı son dəqiqə məlumatı gəldi

“Hərbi əsirlərin qaytarılması prosesi yaxın zamanda baş tutmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan deyib.

“Məsələnin həssaslığını nəzərə alaraq detalları açıq şəkildə müzakirə etmək istəmirəm. Lakin erməni məhbuslar ölkəyə qaytarılacaqlar, proses həyata keçiriləcək”, – S.Xandanyan bildirib.

Qeyd edək ki, “Sputnik Ermənistan” bu gün hərbi əsirlərin mübadiləsinin Qazax istiqamətində baş tutacağını iddia edib.

Ayşən Mustafa
Globalinfo.az