Aeroport şosesində baş vermiş qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, avtobusun sürücüsünün sol aşağı ətrafından ağır xəsarət aldığı bildirilir.
***
Aeroport yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, ilkin məlumata görə “Aero ekspress” avtobusu evakuatorla toqquşub.
***
00:00
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, bu haqda DİN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün işlər görülür.