husiler

Martın 15-dən bu günə qədər ABŞ-ın Yəmənə hücumları zamanı 61 mülki şəxs ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə husilərə bağlı Səhiyyə Nazirliyinin Yəmənə qarşı ABŞ hücumlarına dair açıqlamasında bildirilir.

“ABŞ-ın 15 martdan bu yana Yəmənə endirdiyi zərbələrdə 61 mülki şəxs ölüb, 139 nəfər isə yaralanıb”, – məlumatda deyilir.

Lakin husilərin orduda verdiyi itkilərlə bağlı məlumat paylaşılmayıb.

Xatırladaq ki, husilər İsrailin Qəzzaya hücumlarına cavab olaraq 2023-cü il 31 oktyabrında Yəmən sahillərində İsrailə aid ticarət gəmilərinə PUA və raketlərlə hücum etməyə başlayıb. ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhdid altında olduğunu əsas gətirərək həmin il dekabrın 18-də bir neçə ölkənin iştirakı ilə husilərə qarşı “dəniz missiyası” yaratdığını açıqlayıb. ABŞ Prezidenti

Donald Tramp isə bu il martin 15-də husilərə qarşı genişmiqyaslı hücumlara başlamaq barədə əmr verdiyini bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: