Rusiya və Ukrayna arasında mübadilə: hərbçilərin meyitləri təhvil verildi

Rusiya və Ukrayna arasında mübadilə: hərbçilərin meyitləri təhvil verildi

Rusiya və Ukrayna arasında müharibədə həlak olanların meyitlərinin mübadiləsi baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə “NTV” televiziya kanalı məlumat yayıb.

Mübadilə zamanı Ukraynaya 909, Rusiya tərəfinə 43 hərbçinin meyiti qaytarılıb.

Qeyd edək ki, bundan əvvəl tərəflər arasında həlak olanların meyitlərinin mübadiləsi fevralın 14-də baş tutmuşdu. Həmin vaxt Rusiyaya 45, Ukraynaya isə 757 hərbçinin meyiti təhvil verilmişdi.