ordu

İsrail Müdafiə Qüvvələri (IDF), Qəzza zolağının cənubunda yerləşən Rafah şəhərinin Təl-Sultan bölgəsində yaşayan sakinlərin təxliyə edilməsinə çağırıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçai Edri bəyanat yayıb.

Qeyd olunub ki, sakinlər dərhal ərazini tərk edərək şimaldakı əl-Mavasi bölgəsinə köçməlidirlər.

“Hazırda Rafahın Təl-Sultan bölgəsində olan qəzzalılara təcili xəbərdarlıq: İsrail ordusu bu ərazidə anti-terror əməliyyatı başlatdı, dərhal tərk edin. Əl-Mavasi bölgəsinə gedin”, – deyə Edri ərəb dilində X sosial hesabında yazıb.

O, Qəzza sakinlərinə avtomobil sürmələrinin qadağan edildiyini açıqlayıb. Həmçinin qeyd edib ki, yalnız xüsusi ayrılmış magistral yollardan istifadəyə icazə veriləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: