Yunanıstanın Ukraynadakı keçmiş səfiri Vasilios Burnovas ATƏT-in Donbassdakı müşahidə missiyasının casusluq etdiyini bildirib. O iddia edib ki, həmin missiya rus ordusunun Donetsk və Luqanskdakı mövqeləri ilə bağlı məlumatları Kiyevə ötürüb.
Globalinfo.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi, türkiyəli siyasətçi Feridun Sinirlioğlunun Moskvaya səfəri zamanı ona bu məsələ ilə bağlı narazılığını bildirib.
Rusiya XİN başçısı ATƏT rəsmisinə məsələ ilə bağlı faktları təqdim etdiyini deyib:
“Biz bu mövzunu müzakirə etdik. Təbii ki, cənab Sinirlioğlunun həmin monitorinq missiyasına rəhbərlik etmiş sələfləri öz öhdəliklərini kobud şəkildə pozublar. Həmçinin öz əməkdaşlarını qeyri-şəffaf işləməyə məcbur ediblər. Beləliklə onlar məxfi məlumatları düşmənə ötürüblər”.
Qeyd edək ki, ATƏT rəsmisi Feridun Sinirlioğlu hazırda Moskvada rəsmi səfərdədir.
Ayşən Mustafa
Globalinfo.az