Tramp güzəştə gedir: iki ölkəni sevindirəcək xəbər

Tramp güzəştə gedir: iki ölkəni sevindirəcək xəbər

ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikaya tətbiq etdiyi rüsumları yumşalda bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ ticarət naziri Hovard Latnik “Bloomber”ə müsahibəsində deyib.

Yumşaldılma avtomobil sahəsini əhatə edə bilər.

“Donald Tramp hansı sahələrə güzəştlərin yumşaldıla biləcəyini nəzərdən keçirir. Bu, ola bilsin ki, avtomobil sahəsi olsun, ola bilsin ki, başqa bir sahə”, – Latnik bildirib.

Onun sözlərinə görə, dəyişiklərə baxmayaraq, rüsumlar qüvvədə qalacaq, belə ki, ABŞ bununla da ölkəyə narkotik vasitələrin keçirilməsinin qarşısını almağa çalışır.

Rüsumlarla bağlı ayrıca qərar yaxın günlərdə qəbul edilə bilər. Qərarın aprelin 2-də qüvvəyə minəcəyi deyilir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Knada və Meksikaya 25 faiz həcmində gömrük rüsumu tətbiq etmişdi.

Aysel Əliyeva
Globalinfo.az