Tramp administrasiyası və Ukrayna geniş müzakirələrə səbəb olan mineral sazişini bu gün imzalamağa hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Prezident Donald Tramp öz müşavirlərinə Konqresə artıq razılaşma barədə müraciət etmək istədiyini deyib, lakin mənbələr razılaşmanın hələ imzalanmadığını və qərarın hər an dəyişə biləcəyini deyirlər.
Ağ Ev, Ukrayna Prezidenti administrasiyası və Ukraynanın Vaşinqtondakı səfirliyi məsələyə hələ ki münasibət bildirməyib.
Xatırladaq ki, razılaşma barədə müzakirələr fevralın 28-də Oval Kabinetdə baş verən mübahisədən sonra dayandırılıb. Zelenski mübahisədən sonra Ağ Evi tərk edib və imzalanma mərasimi ləğv edilib.
Aysel Əliyeva
Globalinfo.az