Ruben Vardanyan 1

Ruben Vardanyana məhkəmə Qarabağ ərazisində müxtəlif yaş kateqoriyalarından olan şəxslər üçün hərbi təlimlərin keçirilməsi, bu məqsədlə hərbi düşərgələrin yaradılması, təlimçilərin şəxsiyyəti, təlim planları, təsisçisi olduğu “Biz – dağlarımızıq” adlı təşkilata “Ruben Vadanyan Foundation”, “Dilijan Community Center”, “Aznavour Foundation” digər təşkilatlar, fondlar və fiziki şəxslərdən bilavasitə terrorçuluqla bağlı təlimləri maliyyələşdirmək məqsədilə vəsaitlərin toplanması, həmin vəsaitlər hesabına müxtəlif idman yarışlarının və xüsusi düşərgələrdə təlimlərin keçirilməsi, buna dair müxtəlif şəxslərlə aparılan danışıqlar, o cümlədən Aik Ovakimian adlı şəxsə yazdığı “məni çoxu ilk gündən günahlandırır ki, guya mən qan və qurbanlar olmasını istəyirəm”, “son üç ayda hazırladığımız 120 nəfər barədə bir saniyə belə şübhə etmirəm, ancaq bu, dənizdə bir damladır” kimi və digər mesajlar, həmçinin bu təlimlərin Ermənistanın razılığı ilə keçirilməsi barədə suallar verilib.

Globalinfo.az xəbər verir ki, təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Paylaş: