“Ruben Vardanyan həmvətənimizdir və onu geri qaytarmaq üçün hər şeyi etmək lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Azərbaycanda 150 erməni əsirdən 23-ü qalıb? Mən bir söz deyim: əgər bu 23 nəfərdən Qarabağdan gedən zaman nəzarət keçid məntəqəsində saxlanılan 11-12-sini çıxsanız, o zaman orada 152 əsirdən 10-11 nəfər qalıb”, – A.Simonyan bildirib.
O, “əsirlərin” qaytarılması məsələsinin Azərbaycanla bütün görüşlərdə qaldırıldığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda erməni hərbi əsir yoxdur. Simonyanın nəzərdə tutduğu şəxslər hərbi cinayətlərdə ittiham olunanlardır və onların məhkəməsi davam edir. Dünənki məhkəmədə keçmiş qondarma rejimin rəhbəri Araik Arutyunyan Azərbaycan Prezidentinə 44 günlük müharibəni dayandırmaq üçün məktub yazmaq istədiyini, amma Paşinyanın buna icazə vermədiyini deyib.
Əliyar Xəlil
Globalinfo.az














