Böyük Britaniyanın Baş naziri Key Starmer Ukrayna üçün davamlı sülhün şərtlərini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.
“Üç element vacibdir. Birincisi, lazım gələrsə döyüşəcək və danışıqlar apara biləcək güclü Ukraynaya ehtiyacımız var. İkincisi, təhlükəsizlik təminatı olan Avropa elementidir. Üçüncüsü ABŞ-ın dəstəyidir”, – deyə Starmer bildirib.
O qeyd edib ki, Britaniya, Fransa və Ukraynanın təklif etdiyi atəşkəs planına daha bir və ya iki ölkə də daxil ola bilər.
Əliyar Xəlil
Globalinfo.az