“Rusiya və ABŞ Ər-Riyadda keçirilən danışıqlarda etiraf ediblər ki, qlobal gündəmdəki məsələlərdə eyni fikirdə ola bilməzlər, lakin tərəflər müharibənin qarşısını almağa borcludurlar”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya heç vaxt dünya siyasətinin hər bir məsələsinə eyni yanaşmayacaq:
“Biz bunu Ər-Riyadda etiraf etdik. ABŞ-ın da yanaşması eynidir. Maraqların üst-üstə düşmədiyi yerdə bunun qarşıdurmaya çevrilməsinin qarşısını almaq məsul dövlətlərin vəzifəsidir”.
Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üzrə danışıqlar baş tutub. 4,5 saat davam edən görüşdə Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili ilə bağlı müzakirələr aparılıb.
Safura Bənnayeva
Globalinfo.az