Çexiya prezidenti məşhur kafedralın divarına dırmaşdı – VİDEO

Çexiya prezidenti məşhur kafedralın divarına dırmaşdı - VİDEO

Çexiya Prezidenti Petr Pavelin paytaxt Praqada yerləşən Müqəddəs Vit kafedralından paylaşdığı görüntülər maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, prezident kafedralın bərpası və təmizlik işləri ilə məşğul olan şəxslərə qoşulub.

Pavel hündür kafedralda tavandan sallanan iplə yuxarı dırmaşıb.

“Dünyanın ən böyük qala kompleksinin qayğısına qalmaq çox tələbkar olsa da, bu nadir abidəni gələcək nəsillər üçün qorumaq lazımdır. Məhz ona görə də 40 ildən çox davam edən genişmiqyaslı işlərdən sonra Müqəddəs Vit kilsəsinin vitraj pəncərələri və qumdaşı divarları öz layiqli qayğısını görür. Mən burada çalışan şəxslərin nöqteyi-nəzərindən necə olduqlarını görməyə gəldim. Qeyri-adi səhər qaynaşması üçün təşəkkür edirik”, – prezident qeyd edib.

Petr Pavelin görüntüləri Çexiya ictimaiyyətində təqdir edilib.

 

Bu gönderiyi Instagram’da gör

 

Petr Pavel (@prezident_pavel)’in paylaştığı bir gönderi

Əliyar Xəlil
Globalinfo.az