itkin oglan

Yazıçı Müşfiq Xanın oğlu tapılıb.

Globalinfo.az bildirir ki, bu barədə yazıçı sosial mediada məlumat yayıb. O, oğlunun harda tapılması barədə açıqlama verməyib.

Qeyd edək ki, yazıçı Müşfiq Xan sosial mediada oğlu Füzuli Fərziyevi axtardığı barədə elan yazmışdı. Onun yazdığına görə, oğlu dünən 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub: “Sonra hara getdiyi haqqında məlumat yoxdur”.

DİN-in Mətbuat Xidmətindən yazıçının övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görüldüyü bildirilmişdi.

***28.02.2025 19:49

“Mücrü” Nəşriyyatının direktoru, yazıçı-naşir Müşfiq Feyziyevin (Müşfiq Xan) oğlu itkin düşüb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə özünün Feysbuk səhifəsində paylaşım edib.

“Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun Avtovağzal stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üstündə telefon yoxdur. Görənlərdən xahiş edirəm məlumat versinlər”, – deyə qeyd edib.

Yazıçı-naşirin övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

480980253 2070880576724605 6413532223692685567 n

Paylaş: