1479968223 salih muslim kimdir aslen nereli kac yasindadir 1472726271 0892

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın çağırışından sonra qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslim açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu haqda “Sabah” nəşri məlumat yayıb.

Qeyd olunub ki, PYD lideri Öcalanın müraciətini dəstəkləyib.

“Əgər bizə siyasi qrup kimi fəaliyyət göstərməyə icazə verilsə, bu şərtlə silahlarımızı yerə qoyacağıq”, – Müslim deyib.

Xatırladaq ki, Abdullah Öcalan tərəfdarlarına çağırış edərək terrorçu qruplaşmalara “silahı buraxın” deyib.

Paylaş: