İsrail Suriyanın yeni hakimiyyətinin Dəməşqin cənubunda hərbi mövcudluğuna icazə verməyəcək. Biz ərəb respublikasının cənub bölgələrinin tam hərbisizləşdirilməsini tələb edirik.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu zabit kurslarının məzunları qarşısında çıxışı zamanı deyib.
“Biz “Heyət Təhrir əş-Şam”ın və ya yeni Suriya ordusunun Dəməşqin cənubundakı əraziyə daxil olmasına icazə verməyəcəyik. Suriyanın cənubunun, o cümlədən Quneytra, Dəra və Suveyda əyalətlərinin tam silahsızlaşdırılmasını tələb edirik”, – o bildirib.














