makron son

Rusiya Avropaya münasibətdə aqressivdir.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, Rusiyanın çox güclü ordusu var:

“Moskva bizə kiberinformasiya sahəsində hücum edir, mən digər şeyləri də xatırlada bilər. Kosmosda bizi təhdid edir. O bizə qarşı özünü aqressiv aparır, bizi destabilizasiya edir, Afrikadakı maraqlarımıza zərbə endirir. O bizi təhrik edib, dəniz və havada sınaqdan keçirir”.
Makron Zelenskinin Ukraynanın legitim prezidenti olduğunu vurğulayıb.

Qeyd edək ki, Makronun ABŞ-a səfər edəcəyi açıqlanıb. Onun Trampla Rusiya ilə danışıqlar və Avropanın da burada təmsil olunmasını istəyəcəyini gözlənilir. Üstəlik səfər ərəfəsində Makron etiraf edib ki, Ukrayna ərazi bütövlüyünü təmin edə bilməyəcək. O həmçinin ölkəsinin müharibə dayanan kimi Ukraynaya qoşun göndərə biləcəyini, amma bu qoşunların cəbhə xəttində yerləşdirilməyəcəyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: