Rusiya və ABŞ arasında görüş Ukraynada sülhə doğru ilk addım oldu.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat yayıb.
“Bu, həqiqətən də Rusiya və Ukrayna arasında münaqişənin sülh istiqamətində həllinə doğru möhtəşəm addımdır”, – Livitt qeyd edib.
Həmçinin, Ağ Evin mətbuat katibi ABŞ-ın Ukrayna rəhbərliyi və avropalı tərəfdaşları ilə sıx əlaqədə olduğunu, hər kəsin bu məsələ ilə bağlı fikirlərini aldığını bildirib.
“Razılaşmanı və qərarı təsdiqləmək üçün münaqişə tərəflərinin hər biri ilə danışmaq lazımdır”, – deyə Ağ Ev təmsilçisi əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az