Putinin böyük planı pozuldu: Moskvanı çətinə salan qərar

Putinin böyük planı pozuldu: Moskvanı çətinə salan qərar

“Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna üçün təhlükəsizlik təminatı kimi bu ölkəyə qoşun göndərməyə hazır olduqlarını açıqlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Politoloq bildirib ki, Starmer ABŞ-ın təhlükəsizlik təminatının da möhkəm sülh üçün vacib olduğunu və bu məsələni Trampla müzakirə edəcəyini söyləyib:

“K.Starmer Rusiyaya, xüsusən onun enerji sektoruna qarşı sanksiyaları sərtləşdirməyi də zəruri sayıb. Avropa liderlərinin bu gün keçiriləcək fövqəladə zirvə toplantısında bütün bu məsələlər müzakirəyə çıxarılacaq. Ukraynaya göndəriləcək hərbi kontingentin tərkibində Fransa hərbçiləri də xüsusi yer tutacaq. Bu, tarixi əhəmiyyətli qərar olacaq. Hazırda gündəmi daha çox ABŞ-Avropa münasibətləri, ABŞ-Rusiya dialoquna Ukrayna və Avropanın cəlb edilib-edilməyəcəyi ilə bağlı mövzular zəbt etdiyindən, Moskvanın nə qazanıb, nə itirəcəyi müzakirə edilmir. Prezident Vladimir Putin də bunda maraqlıdır”.

Putinin böyük planı pozuldu: Moskvanı çətinə salan qərar

Şahin Cəfərli

Ş.Cəhərlinin sözlərinə görə, Rusiyan bu müharibənin sonunda ingilislər başda olmaqla, Qərb qoşunlarının Ukraynaya, yəni Rusiya-Belarus sərhədlərinə yerləşdirilməsi ssenarisini heç düşünməmişdi:

“Müharibənin bu cür sonluqla bitməsi Putinin elan etdiyi vəzifələrə və məqsədlərə tamamilə zidd olan yeni reallıqlar ortaya çıxaracaq. Çünki 18-19% ərazilərini itirmiş halda da olsa, qonşuluqda yenə müstəqil, milli Ukrayna dövləti mövcudiyyətini davam etdirəcək, özü də bu dəfə Qərb qoşunlarının mühafizəsi və qarantiyası altında. Bu, Rusiyanın bir daha Ukraynanı təhdid edə bilməyəcəyi və onu birdəfəlik itirəcəyi anlamına gəlir. Halbuki rus imperializminin bu qanlı müharibəni başlatmaqda fundamental məqsədi Ukraynanı təkrar Moskvanın asılılığına qaytarmaqdan ibarət idi.

Rusiya içərisindəki şovinist-millətçi çevrələr əvvəl-axır Putini sorğulayacaqlar”.

Əliyar Xəlil
Globalinfo.az