ukrayna secki

Ukraynada prezident seçkiləri oktyabrın 26-da keçiriləcək.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin keçmiş prezidenti Pyotr Poroşenko bildirib.

O, Ukrayna Prezidentinin Ofisindəki və hüquq-mühafizə orqanlarındakı mənbələrə istinad etdiyini deyib.

Poroşenko “Qeyd edin: bu il 26 oktyabrda…”, – deyə vurğulayıb.

“Seçkilər ilin sonunda olacaq. Konstitusiyaya görə, parlament seçkiləri ilin sonuna təyin edilib. Oktyabrın sonunda isə yerli seçkilərimiz olmalıdır. Hakimiyyətin arzusu bütün seçkiləri eyni vaxtda keçirməkdir. Lakin amerikalılar bunun baş verməsinə icazə vermirlər. İndi də hər şeyi elə hazırlayırlar ki, seçkidə rəqibsiz qalsın”, – Poroşenko qeyd edib.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: