Ermənistanda hökumət əleyhinə aksiya keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni fəal Arsen Nikoqosyan öz sosial media hesabında paylaşım edib.
Fevralın 10-a təyin edilən aksiya “Hökumətin bizi talan etməsinə son” şüarı ilə keçiriləcək.
“Bizim bir tələbimiz var: hökumətin bizi talan etməsinə son qoyulsun. Hazırkı hökumət bizi talan edir. Bu özbaşınalığa son qoyulmalıdır. Biz talana, xəyanətə və ədalətsizliyə yox deyirik”, – deyə fəal qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az