“Finlandiya hökuməti öz xalqını Ukraynada döyüşməyə təhrik etməklə onlara olan nifrətini nümayiş etdirir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Zənnimcə, bu “təlimatları” tərtib etmək öz vətəndaşlarına qarşı kin bəsləmək və onların taleləri ilə oynamaqdan başqa heç bir şey deyil. Finlandiya xalqına bu qədər nifrət edən kimdir?”, – deyə Zaxarova əlavə edib.
Xatırladaq ki, daha öncə Finlandiya XİN Ukraynaya muzdlu kimi getmək istəyən vətəndaşlar üçün memorandum dərc edib. Sənəddə döyüşmək üçün Ukraynaya gedən vətəndaşın yaralanması, ölməsi, itkin düşməsi və ya əsir götürülməsi halında Finlandiya tərəfinin hərəkətləri ilə bağlı reqlament əksini tapıb.
Əliyar Xəlil
Globalinfo.az














