“Dünən mağazadan çıxarkən halı pisləşib, yıxılıb”.
Globalinfo.az xəbər verir ki, sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında Nazim Pişyarinin (Faytonçu) səhhətindən danışıb:
“Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir”.
K.Həsənli N.Pişyarinin bir müddət əvvəl əməliyyat olunduğunu da bildirib:
“Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi”.
***13:33
Müğənni “Faytonçu” Nazim Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Globalinfo.az bildirir ki, bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (“Faytonçu”) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
“Müğənni Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.
Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”, – məlumatda qeyd edilib.
***12:12
Müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.
Globalinfo.az bildirir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.
O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.
N.Pişiyarinin yaxınları ilə əlaqə saxlamağa çalışsaq da cavab verən olmayıb.