“Ukrayna Silahlı Qüvvələrindən fərari olan on kolumbiyalı və bir qaradərili muzdlu daha sonra tutularaq döyüş meydanına geri göndərilib”.
Globalinfo.az xəbər verir ki, bunu ukraynalı məhbus Dmitri Kakoylo “RİA Novosti” agentliyinə müsahibəsində deyib.
Məhbus qeyd edib ki, ehtiyat batalyon düşərgəsində kolumbiyalıları və qaradərili muzdlu əsgərləri görüb. O, əcnəbilərin xarici legionda deyil, nizami hissələrdə xidmət etdiyini vurğulayıb.
“Hansı istiqamətdən gəldiklərini bilmirlər. Onlar ehtiyat batalyonda gözləyirdilər ki, bölməni icazəsiz tərk etmək üçün bəhanə tapsınlar”, – deyə Kakoylo vurğulayıb.
Bundan əvvəl məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin elitar 155-ci briqadasından təxminən 1,7 min nəfər fərarilik edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














