“Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı Azərbaycanı dəstəklədiyim üçün məndən inciməməlidir. Axı mən Azərbaycan tərəfdən vuruşmamışam. Sadəcə müharibənin olmaması, bir-birimizlə vuruşmamağımız tərəfdarı olmuşam”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandır Lukaşenko deyib.
O, Ermənistanın Aİ-yə üzvlük məsələsinə də münasibət bildirib:
“Onlar indi Avropa İttifaqı ilə oyun qurmağa başlayıblar. Bu, çox təhlükəli oyundur. Paşinyan Ermənistanı məhv edəcək”.
Safura Bənnayeva
Globalinfo.az