Paşinyan ABŞ-a gedir – Səfərin tarixi məlum oldu

Paşinyan ABŞ-a gedir - Səfərin tarixi məlum oldu

Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın əvvəlinə ABŞ-a səfəri planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Baş nazir Vaşinqtonda 5-ci illik Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edəcək.

Paşinyanın sammitdə çıxışı gözlənilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az