Böyük Britaniya sahillərində noyabrdan etibarən artıq ikinci dəfədir ki, Rusiyaya məxsus “Kəhrəba” kəşfiyyat gəmisi görünüb.
Globalinfo.az xəbər verir ki, müdafiə naziri Con Hili bu hadisəni Rusiya aqressiyasının növbəti nümunəsi adlandırıb və Böyük Britaniya Hərbi Dəniz Donanmasının gəmini müşahidə etdiyini bildirib.
Nazirin sözlərinə görə, “Kəhrəba” Böyük Britaniyanın sualtı infrastrukturu barədə məlumat toplamaq və onun xəritəsini tətbiq etmək üçün istifadə edilir.
“İstəyirəm Putin məni eşitsin: biz sizi görürük, nə etdiyinizi bilirik və ölkəmizi qorumaq üçün lazım olan bütün addımları atmaqdan çəkinməyəcəyik”, – deyə nazir xəbərdarlıq edib.
T.Turan
Globalinfo.az