gDcnfcLrN6XcoYPmkiL8JxuwdieR2BPgPO0qAdKJ 1200

ABŞ prezidenti vəzifəsini tərk edən Co Bayden həyat yoldaşı Jill ilə Ağ Evdən vida selfisini paylaşıb.

Globalinfo.az xəbər verir ki, o, fotonu “X” sosial şəbəkəsində “Biz səni sevirik, Amerika” sözləri ilə paylaşıb.

Qeyd edilib ki, Co Bayden Donald Trampın ABŞ-ın 47-ci Prezidenti kimi and içməsindən sonra ABŞ paytaxtını tərk edib. Amerika xəbər televiziyaları Endryus Hərbi Hava Qüvvələri bazasından Baydenin havaya qalxan təyyarəsini yayımlayıb.

Keçmiş dövlət başçısı xanımı Cillə birlikdə Kaliforniya ştatına yollanıb.

Qeyd edək ki, Bayden prezidentliyinin son saatlarında bir sıra ailə üzvünü əfv edib. Bayden qardaşı Ceymsi və həyat yoldaşı Saranı, bacısı Valeri və əri Con T.Ouensi və qardaşı Frensisi əfv etdiyini bildirib.

“Mənim ailəm davamlı hücumlara və təhdidlərə məruz qalır, bu, sırf mənə zərər vermək istəyi ilə əsaslandırılır. Təəssüf ki, bu hücumların dayanacağına inanmaq üçün heç bir əsasım yoxdur”, – Bayden deyib.

Paylaş: