Keçmiş hərbçidən etiraf: “Ukrayna təhlükə altındadır”

Keçmiş hərbçidən etiraf: "Ukrayna təhlükə altındadır"

“Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhəsi təhlükə altındadır”.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı jurnalist Yuri Butusov deyib.

O bildirib ki, hazırda Pavloqradı xilas etmək barədə düşünmək lazımdır.

Müdafiə Nazirliyinin keçmiş müşaviri Yuri Butusov bildirib ki, təkcə Pokrovsku deyil, Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhəsini saxlamağın və Dnepr şəhərindən 75 km məsafədə yerləşən Pavloqradın xilası barədə danışmağın vaxtı çatıb.

“Hazırda Pokrovski nəzarətə keçirmək imkanı var, lakin bunun üçün Pokrovski tutmaq lazımdır. Hansı ki, bu, çox ciddi resurslar tələb edir. Hazırda müdafiəyə hər yerdə ehtiyac var”, – deyə Butusov vurğulayıb.

Xatırladaq ki, daha öncə Butusov bəyan edib ki, Ali Baş Komandanın qərargahı və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı cəbhədə vəziyyətə nəzarət etmək imkanını itirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az