Qardaşının ölüm xəbərini eşitdi, özü də öldü

Qardaşının ölüm xəbərini eşitdi, özü də öldü

Ucarda 2 qardaş eyni gündə vəfat edib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, Alpout kənd sakini, 1964-cü il təvəllüdlü Suliddin Cəfər oğlu Həsənov xəstəliyi ilə əlaqədar olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

O, xəstəxanada dünyasını dəyişib.

Mərhumun qardaşı, 1958-ci il təvəllüdlü Aydın Cəfər oğlu Həsənov bunu eşidəndə yaşadığı evdə dünyasını dəyişib.

Hər iki qardaş kənd qəbiristanlığında dəfn edilib.