Azərbaycan 2020-ci ildən sonra konfliktin dondurulmaması kursunu götürüb.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
“Əgər hətta Rusiyanın Ukraynada çətinlikləri yaranmasaydı belə, Qarabağda eyni situasiyanı görmək mümkün olacaqdı. Bakının cəhdləri 2025-ci ilin yaxınlaşması ilə daha da artacaq. Əgər biz məsələyə Ermənistan-Rusiya kontekstində yanaşırıqsa, problem təkcə Rusiyanın lazımi miqdarda reaksiya verməməsində deyil. Ermənistan rəhbərliyinin özü Qarabağa yük kimi baxır. Paşinyanın Alma-atı bəyanatı haqqında dedikləri faktiki olaraq göstərir ki, Ermənistan rəhbəri Qarabağ uğrunda mübarizə aparmaq istəmir və bacarmır”, – o bildirib.
Markedonov hazırda beynəlxalq oyunçulardan heç kimin Ermənistana hər hansı təklif irəli sürmədiyini bildirib:
“Ermənistanda sevinirdilər ki, Fransa parlamentinin iki palatasında Qarabağ ermənilərinə və Ermənistana dəstəklə bağlı qətnamə qəbul edilib. Bunlar Ermənistana hərbi və ya Qarabağın statusu baxımdan heç bir hüquqi dəstəyi özündə ehtiva etmir. Fransa Azərbaycandan Laçın yolunu açmasını xahiş etdi. Nə olsun? Rusiya da xahiş etmişdi, ABŞ da… Amma bu xahişlər keçmir”.
Zaira Akifqızı
Globalinfo.az