54e22d18 550d 4cec 88d8 edd4408a02c9

Ermənistan İsveçrəyə yeni səfir təyin edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının saytında məlumat verilib.

Məlumata görə, Ermənistanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Hasmik Tolmacyan eyni vaxtda İsveçrəyə səfir təyin edilib.

Müvafiq sərəncamı prezident Vaaqn Xaçaturyan imzalayıb.

Qeyd edək ki, 2024-cü il oktyabrın sonunda Tolmacyan Fransadakı səfir vəzifəsindən azad edilərək Cenevrəyə göndərilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: