Xamenei əmr verdi: SEPAH lideri İranı iki yerə böldü

İsrail və ABŞ İrana qarşı apardıqları dünya müharibəsini uduzacaqlar.

Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami deyib.

O, İsraildəki sionist rejiminin dağılacağını bildirib.

Ölkədə etirazların pik səviyyədə olduğu Sistan və Bəllucistan vilayətindən verdiyi bu açıqlamada Salami aksiyaların xarici qüvvələr tərəfindən təşkil olunduğunu deyib. Bununla yanaşı, o, etirazçıları “kafirlər” adlandırıb:

“Bu gün bir tərəfdə bütün imkanları ilə kafirlərin cəbhəsi, digər tərəfdə isə islam cəbhəsi dayanır. Xətlər tam aydındır: bir tərəfə ABŞ və İsrail, digərinə isə inqilabın ali dini lideri rəhbərlik edir”.

Qeyd edək ki, bundan öncə Xamenei Bəsic qüvvələri qarşısında çıxış edərək, etirazçılara qarşı təzyiqlərin artırılmasına yaşıl işıq yandırıb.

Sistan və Bəllucistan vilayəti hazırda İranda etirazların ən sərt formada keçdiyi yerlərdən biridir. Xüsusilə hökumət qüvvələrinin yerli camaata atəş açması əksəriyyəti sünnilərdən təşkil edilən əhalinin narazılığını artırır. Vəziyyət o həddə çatıb ki, sünnilərin din xadimi Molavi Əbdülhəmid ölkədə təcili sistem dəyişikliklərinə ehtiyac olduğunu bildirib.

İlkin
Globalinfo.az