Regional müharibə riski çox realdır, lakin bu, Azərbaycan və Türkiyənin hərəkətlərindən, eləcə də əsas beynəlxalq oyunçuların və İranın reaksiyalarından asılıdır.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Vitali Manqasaryan yerli mediaya müsahibəsində Azərbaycan və Ermənistan arasında son prosesləri şərh edərkən deyib.
O iddia edib ki, əlverişli şərait olarsa, Azərbaycan güc tətbiq edəcək:
“Əminəm ki, Azərbaycan Türkiyə və İsrailin dəstəyi ilə Ermənistan və İrana təzyiqlərini davam etdirəcək. İranda keçirilən hərbi təlimlər və aydın xəbərdarlıqlar Tehranın vəziyyəti diqqətlə izlədiyini göstərir”.
İranın Yaxın Şərqdə – xüsusilə Suriyada məğlubiyyətindən sonra Cənubi Qafqazda Azərbaycan və Türkiyə ilə “razılaşma danışıqlarına” başladığı və hansısa razılaşma müqabilində Ermənistandan vaz keçə biləcəyi haqda sualı isə hərbi ekspert bu cür cavablandırıb:
“Təbii ki, hər şeyin öz qiyməti var”.