cuvasistan

Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı Çuvaşıstan Respublikası Yazıçılar Birliyinin 100 illiyi münasibəti ilə təsis olunmuş yubiley medalı ilə təltif edilib.

Globalinfo.az bildirir ki, Çuvaşıstan Respublikası Yazıçılar Birliyi İdarə heyətinin müvafiq qərarını Xalq yazıçısı, ustad başqan Mişşi Yuxma imzalayıb.

Onu da vurğulayaq ki, Əkbər Qoşalı qardaş xalqlar arasında, o cümlədən çuvaş yazarları ilə ədəbi-mədəni bağların qurulması, mövcud bağların daha möhkəmləndirilməsi yönündə uzun illərdir səmərəli fəaliyyəti ilə seçilir.

ekber qosali 1 WhatsApp Image 2024 12 30 at 22.17.09 2 WhatsApp Image 2024 12 30 at 22.17.09 1 WhatsApp Image 2024 12 30 at 22.17.09 WhatsApp Image 2024 12 30 at 22.17.08

 

Paylaş: