aeroflot

Özbəkistandan Moskvaya uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə Daşkəndə təcili eniş edib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, Fərqanə şəhərindən Moskvaya istiqamətlənən təyyarədə sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən təcili eniş olub.

Məlumatda bildirilib ki, halı pisləşən 1954-cü il təvəllüdlü qadına insult diaqnozu qoyulub, xəstəxanaya yerləşdirilib.

Təyyarə isə Moskvaya uçub.

Globalinfo.az

Paylaş: