3d2afa96 1016 37d8 91d4 b015bd57ccca 850

Aktau, Kurık və Bautino limanlarında Xəzər sularına Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə çələnglər buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

“Bu jest dəhşətli təyyarə qəzasında həlak olanlara hörmət və hüzn əlamətidir. Bu, son illərin ən faciəli hadisələrindən biridir, onlarla insan, o cümlədən uşaqlar həlak olub. Həlak olanların yaxınlarının hisslərini başa düşürük, biz sizinləyik. Sizin kədərinizi bölüşürük və sizinlə birgə yas tuturuq”, – aksiya iştirakçıları qeyd ediblər.

photo 2024 12 26 21 37 21

Paylaş: