
Dünən axşam Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsində ağır yol qəzası baş verib.
Globalinfo.az xəbər verir ki, “Mercedes” markalı avtomobil “Kamaz”a çırpılandan sonra alovlanıb. Bu zaman sürücü yaralı halda maşından çıxaraq xilas olub. Lakin dəyəri 100 min manata yaxın olan “Mercedes” markalı avtomobil tamamilə yanaraq kül olub.
Hadisə yerinə yanğınsöndürmə briqadası gəlsə də, avtomobil yararsız hala düşüb.
Globalinfo hadisə yerindən çəkilmiş görüntüləri təqdim edir:
Malik
Globalinfo.az