tramp ses

“Vaşinqton Qrelandiyaya nəzarət etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.

“Mən Kena Xauerini ABŞ-ın Danimarkadakı səfiri seçmişəm. Milli təhlükəsizlik maraqlarımız və azadlığımız üçün ABŞ-ın Qrenlandiya üzərində tam nəzarəti mütləqdir”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Tramp ABŞ-ın Panama kanalına nəzarəti bərpa etməli olduğunu deyib.

Qrenlandiya Danimarkanın nəzarətindədir. Birinci prezidentliyi dönəmində də Tramp bu adanın ABŞ-ın nəzarətinə qaytarılmasına eyhamlar vurub. Bunun isə daha çox ABŞ-ın Arktikada aktivliyini artırılması ilə əlaqədar olduğu vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: